Naxçıvanda saxlanılmış Ermənistan vətəndaşı qarşı tərəfə qaytarılıb

Naxçıvanda saxlanılmış Ermənistan vətəndaşı qarşı tərəfə qaytarılıb Naxçıvan Muxtar Respublikası ərazisində saxlanılmış Ermənistan vətəndaşı bu gün qarşı tərəfə qaytarılıb.

Tehsil-press.az Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadən məlumat verir ki, avqustun 7-də Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində saxlanılmış Ermənistan vətəndaşı, 1954-cü il təvəllüdlü Agetyan Henrix Sayrebekoviç 23 avqust 2016-cı il tarixdə Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində qarşı tərəfə qaytarılıb.


Tehsil-press.az

Oxşar xəbərlər