Ermənistandan qayıdan qadın ruhi xəstəxanaya yerləşdirildi

Ermənistandan qayıdan qadın ruhi xəstəxanaya yerləşdirildi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası da azərbaycanlı qadının qaytarılması ilə bağlı məlumat yayıb.

Komissiyadan bildirilib ki, qurumun aidiyyəti beynəlxalq təşkilatlarla apardığı səmərəli danışıqlar nəticəsində 7 iyun 2016-cı il tarixdə Ermənistan Respublikasının ərazisində saxlanmış Azərbaycan vətəndaşı, Gədəbəy rayonu, Arabaçı kənd sakini, 1977-ci il təvəllüdlü Ələkbərova Qətibə İbrahim qızı iyunun 10-da azad edilib.
Sağlamlıq durumu nəzərə alınaraq, azad edildikdən sonra Qətibə Ələkbərova dispanser qeydiyyatında olduğu Qazax rayonlararası ruhi xəstəxanasına təhvil verilib.
İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi də Azərbaycan vətəndaşı, Gədəbəy sakini Qətibə Ələkbərovanın repatriasiya olunması haqqında məlumat yayıb.
Nümayəndəlikdən verilən məlumatda deyilir ki, iyunun 7-də sərhədi keçən mülki Azərbaycan vətəndaşı bu gün, BQXK-nın himayəsi altında keçirilən əməliyyat zamanı repatriasiya olunub.
O, Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə Azərbaycan rəsmilərinə təhvil verilib.
BQXK neytral vasitəçi qismində çıxış edərək, Azərbaycan və Ermənistan hakimiyyət orqanlarına bu əməliyyatın həyata keçirilməsinə yardımçı olub. Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri qadın Azərbaycana geri göndərilməmişdən əvvəl onunla rəftar və saxlandığı şəraiti qiymətləndirmək üçün ona baş çəkiblər.
Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir. Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Gədəbəy rayonu Arabacı kənd sakini, 1977-ci il təvəllüdlü Ələkbərova Qətibə İbrahim qızı iyunun 7-də Ermənistana keçib. Araşdırma nəticəsində onun Qazax rayonlararası ruhi xəstəxanasında dispanser qeydiyyatında olduğu müəyyənləşib.
Ermənistan tərəfə keçən Azərbaycan vətəndaşı, Gədəbəy rayonu sakini, ruhi xəstə Qətibə Ələkbrova az əvvəl geri qaytarılıb.
Tehsil-press.az xəbər verir ki, bu barədə Ermənistanın əsir, girov və itkin düşmüş şəxslərin məsələsi üzrə Komissiyasının işçi qrupunun rəhbəri Armen Kaprielyan bildirib. Onun bildirdiyinə görə, qadının geri qaytarılması bu gün saat 13-də Azərbaycan-Ermənistan sərhədində baş tutub. Təhvilverilmə prosesi Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə həyata keçirilib.


Tehsil-press.az

Oxşar xəbərlər