Norveçli alim koronavirusu mövsümi infeksiyalarla bir sırada qoyub

Norveçli alim koronavirusu mövsümi infeksiyalarla bir sırada qoyub Mövcud vəziyyətdə koronavirusu mövsümi infeksiyalarla eyni sırada qoymaq olar.
Bu barədə Norveç İctimai Sağlamlığı İnstitutunun direktor müavini Qeyr Buxolm bildirib.
Alim qeyd edib: "İndi yeni bir mərhələdəyik ki, koronavirusa bir neçə mövsümi tənəffüs yolu xəstəliklərindən biri kimi baxmalıyıq".
Risk altında olan insanların çoxunun vaksin olunduğuna diqqət çəkən alim deyib ki, buna görə də son vaxtlar xəstəxanalar nisbətən boşdur: "Ancaq bu pandemiyanın bitdiyi anlamına gəlmir, çünki peyvənd inkişaf etməkdə olan ölkələrdə kifayət qədər insanı əhatə etmir".

Tehsil-press.az



Oxşar xəbərlər