ÜST uşaqları və yeniyetmələri də koronavirusa qarşı peyvənd etməyə çağırdı

ÜST uşaqları və yeniyetmələri də koronavirusa qarşı peyvənd etməyə çağırdı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə uşaqları peyvənd etməyə çağırıb.
Bu barədə ÜST-nin saytında yerləşdirilən tövsiyələrdə qeyd edilir.
Bildirilir ki, uşaqlar və yeniyetmələr böyüklərlə müqayisədə koronavirusu daha yüngül formada keçirirlər: "Bu səbəbdən, onlar koronavirusu ağır keçirmə riski daha yüksək olan qrupda olmadıqları təqdirdə, yaşlı insanlar, xroniki xəstəlikləri olan insanlar və səhiyyə işçilərindən sonra peyvənd edilməlidirlər".
Daha əvvəl ÜST COVID-19 peyvəndlərinin uşaqlara təsiri barədə yetərli məlumatın olmadığını bildirmişdi, bu səbəbdən uşaqların peyvənd edilməsini tövsiyə etmirdi.

Tehsil-press.az


Oxşar xəbərlər