Memarlıq və İnşaat Universiteti növbəti dəfə U-Multirank beynəlxalq reytinq sistemində “A” kateqoriyasına layiq görülüb

Memarlıq və İnşaat Universiteti növbəti dəfə U-Multirank beynəlxalq reytinq sistemində “A” kateqoriyasına layiq görülüb Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) bu il növbəti dəfə U-Multirank beynəlxalq reytinq sisteminə daxil olub. Universitetin fəaliyyəti Avropa ekspertləri tərəfindən qiymətləndirilib və 8 göstərici üzrə yüksək nəticə əldə olunub. “A” (çox yaxşı) və “E” (qeyri-kafi) kateqoriyaları üzrə ekspertlər tərəfindən qiymətləndirilən universitetlər arasında AzMİU “A” kateqoriyasını alıb.
U-Multirank Avropa İttifaqı tərəfindən yaradılan ən böyük beynəlxalq reytinq sistemidir. U-Multirank reytinq sıralamasının builki buraxılışında 97 ölkədən 1948-ə yaxın universitet 5 meyar – tədris və öyrənmə, tədqiqat, bilik transferi, beynəlmiləlləşmə və regional fəaliyyətləri üzrə qiymətləndirilib. Universitetlər bu bazaya daxil olmaqla tələbələrə, başqa universitetlərə, müəssisələrə həmin universitet haqqında daha geniş informasiya əldə etmək imkanı verir. Hər universitetin tədris və təlim fəaliyyətinin göstəricilərinə əsaslanaraq, tələbələr onları maraqlandıran universitetlər haqqında asanlıqla geniş informasiya əldə edə bilirlər.
AzMİU 2015-ci ildən bu reytinq sisteminə daxil olur.

Tehsil-press.az

Oxşar xəbərlər