Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Braziliyanın Kampinas Universitetinin qida mühəndisliyi ixtisası üzrə tanınmış beynəlxalq eksperti professor Amin Mousavi Khaneghah seminar keçib.
Universitetin gənc alim və doktorantlarının iştirak etdikləri seminarda A.Mousavi yüksək impakt faktorlu jurnallarda məqalələrin dərc edilməsi qaydaları haqqında danışıb, məqalə yazmaq üçün öncə elmi istiqamətin, mövzunun düzgün seçilməsinin, işlənib-hazırlanmasının və metrik bazalarda dərci üçün müraciətin önəmli olduğunu deyib.
A.Mousavi, eyni zamanda, elmi-tədqiqat işlərinin, eləcə də elmi məqalələrin yazılma qaydaları, əsas müddəalar və mövzuların işlənmə prinsipləri barədə təqdimatla çıxış edib. Bildirilib ki, yazılmış hər hansı bir elmi məqalə nə qədər çox dərc olunarsa, geniş oxucu auditoriyası olan jurnallarda tirajlanarsa, o zaman müəllifə olan tələbat da artır, istinadlar da çoxalır. Məqalənin dərci və yayımlanması onun yazılması qədər vacibdir və əhəmiyyətlidir.
Sonra suallar cavablandırılıb.
Tehsil-press.az