Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsində “Clarivate Analytics” Agentliyi tərəfindən “Beynəlxalq jurnalların nəşrində əsas tələblər” mövzusunda distant elmi seminar-təlim keçirilib.
Təlimdə bölmənin əməkdaşları ilə yanaşı, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbaycan Texnologiya Universitetinin və Gəncə şəhərində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının gənc alim və mütəxəssisləri iştirak ediblər.
Seminarın keçirilməsinin məqsədi beynəlxalq elmi jurnallarda məqalələrin dərc edilməsi üçün tələblər, elmi məqalələrin strukturu, əsas elementləri, elmi istinad və onunla əlaqəli informasiya resursları ilə tanışlıq olub.
Təlim agentliyin mütəxəssisi Darya Buxtarova tərəfindən aparılıb.
Tehsil-press.az