Rusiyada hərbçi intihar edib

Rusiyada hərbçi intihar edib Rusiyanın Ural bölgəsində hərbi hissələrin birində hərbçi intihar edib.
Sözügedən hərbçi Sverdlovsk vilayətində yerləşən hərbi hissədə növbəyə çıxmazdan əvvəl tabel silahından özünü güllələyib. Hazırda faktla bağlı araşdırma aparılır.
Bildirilir ki, bu yaxınlarda Sverdlovks vilayətində daha bir insident yaşanıb. Belə ki, təlim zamanı bir əsgər azıb. Lakin daha sonradan onun cəsədi aşkar olunub. İlkin ehtimallara görə, əsgər elektrik dirəyinə çıxmaq istəyərkən onu cərəyan vuraraq öldürüb.

Tehsil-press.az


Oxşar xəbərlər