Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev ilə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı arasında görüş olub.
Görüşdə rektor E.Babayev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində tarixi Qələbəsindən bəhs edib. Rektor qeyd edib ki, tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya bəllidir. Vətən müharibəsində qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi.
Rektor iki qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu nəzərə çatdırıb. E.Babayev Türkiyənin qabaqcıl universitetləri, eləcə də təhsil qurumları ilə keçirilən mühüm görüşlər, əməkdaşlıq, mübadilə proqramları haqqında məlumat verib. Türkiyə universitetləri ilə, Yunus Əmrə İnstitutu, TİKA ilə BDU arasında qarşılıqlı və faydalı əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıb.
Görüşdə universitetin maddi-texniki bazası, müasir tədris üsulları, fakültələri və mövcud ixtisasları, beynəlxalq əlaqələr sahəsində qazandığı uğurlar, Türkiyənin ali təhsil ocaqları ilə qurulmuş əlaqələrdən danışılıb.
BDU rəhbərliyinə təşəkkürünü bildirən səfir Cahit Bağçı təklifləri müsbət dəyərləndirib. Səfir universitetlər arasında elm-təhsil sahəsində həyata keçirilən layihələrin, tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edib, əlaqələrin daha da intensivləşməsinə ehtiyac olduğunu vurğulayaraq, səfirliyin bu istiqamətdə dəstək olacağını bildirib. “Bir millət, iki dövlət” şüarını rəhbər tutaraq qeyd edib ki, bundan sonra da qardaş ölkə universitetləri arasında əlaqələrin inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcək.
Görüş BDU və Türkiyə ali məktəbləri arasında təhsil sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsi, iki ölkə arasında tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqatların aparılması və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi ilə davam edib.
Tehsil-press.az