Azərbaycan və Türkiyənin texniki universitetləri arasında əməkdaşlıq daha da inkişaf etdiriləcək

Azərbaycan və Türkiyənin texniki universitetləri arasında əməkdaşlıq daha da inkişaf etdiriləcək Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri Cahit Bağçı ilə görüşüb.
Türkiyənin ölkəmizdəki səfirliyində keçirilən görüşdə rektor Vilayət Vəliyev universitetdə müasir innovasiyalara uyğun həyata keçirilən islahatlar barədə məlumat verib. Rektor 2020-ci ildə Türkiyənin bir sıra aparıcı ali təhsil müəssisələrinə etdiyi səfər, orada təşkil olunan görüşlər və həyata keçirilən birgə layihələri səfirin diqqətinə çatdırıb. Qeyd olunub ki, hazırda AzTU-da tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində Türkiyə universitetlərinin təcrübəsindən geniş istifadə olunur.
Səfir Cahit Bağçı iki ölkənin texniki universitetləri arasında əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər