Bakı Dövlət Universiteti ilə Türkiyənin ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Bakı Dövlət Universiteti ilə Türkiyənin ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev ilə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral arasında onlayn görüş keçirilib.
Görüşdə rektor E.Babayev Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında yenilməz Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsinin qürurunu yaşadığını qeyd edib. İki qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu nəzərə çatdıran rektor Türkiyə universitetləri ilə BDU arasında qarşılıqlı və faydalı əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıb.
E.Babayev Türkiyənin qabaqcıl universitetləri, eləcə də təhsil qurumları ilə keçirilən mühüm görüşlər, əməkdaşlıq, mübadilə proqramları, ikili diplom layihələri haqqında məlumat verib.
Onlayn görüşə görə BDU rəhbərliyinə təşəkkürünü bildirən səfir Erkan Özoral təklifləri müsbət dəyərləndirib, münasibətlərin daha da yüksək səviyyəyə çatması üçün əlindən gələni etməyə hazır olduğunu vurğulayıb. O, “bir millət, iki dövlət” şüarını rəhbər tutaraq qeyd edib ki, bundan sonra da qardaş ölkə universitetləri arasında əlaqələrin inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcək.
Görüş BDU və Türkiyə ali məktəbləri arasında təhsil sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər