Rektor: Türkiyə təcrübəsi AzTU-da geniş istifadə olunur

Rektor: Türkiyə təcrübəsi AzTU-da geniş istifadə olunur Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev və bu ali məktəbin nümayəndələri ilə görüşüb.
Rektor Vilayət Vəliyev son dövrlərdə AzTU ilə Türkiyənin qabaqcıl universitetləri arasında imzalanan ikili diplom və əməkdaşlıq müqavilələri və bununla bağlı görülən işlər barədə məlumat verib. Bildirilib ki, əməkdaşlıq çərçivəsində Türkiyə universitetlərinin tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində təcrübəsi artıq AzTU-da geniş istifadə olunur. Səfirə universitetdə qurulan müasir laboratoriyalar haqqında da ətraflı məlumat verilib.
AzTU-da olmaqdan məmnunluğunu bildirən səfir Cahit Bağçı son dövrlərdə bu universitetdə tədrisin və elmi-tədqiqatların keyfiyyətinin yüksəldilməsi üçün görülən işləri təqdirəlayiq hesab edib. Səfir qardaş ölkə universitetlərinin əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Tehsil-press.az

Oxşar xəbərlər