“Layihəyə etiraz edənlərin fikri odur ki, Azərbaycan qanunu qəbul etməklə respublika idarəetməsindən uzaqlaşır”.
Bunu deputat Tahir Kərimli Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bununla Respublika Günü ləğv edilir: “Amma heç deyən yoxdur ki, bu gün nə vaxt təsis edilib. Bu gün 12-ci çağırış Ali Sovetin iclasında Prezidentin fərmanı ilə təsdiq edilib. Bu məsələni təkcə adla bağlamayaq. Biz müstəqilliyin bərpasını 30 avqust 1990-cı ildə fərmanla bərpa etmişik.
Təklifim odur ki, 30 avqust tarixi müstəqilliyin bərpası kimi olmalıdır”.
Qeyd edək ki, qanun layihəsinə əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin bərpası Günü elan ediləcək.
Tehsil-press.az