Oktyabrın 17-də Sumqayıt Dövlət Universitetində 18 oktyabr – Azərbaycanın dövlət müstəqilliyinin bərpası günü münasibəti ilə elmi-praktik konfrans keçirildi.
Konfransı giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq Azərbaycan xalqının ən əlamətdar bir tarixi hadisənin, öz dövlət müstəqilliyini bərpa etməsinin 27-ci ildönümü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi, Müstəqillik Gününün yaranma tarixindən, xalqın müstəqillik uğrunda gərgin mübarizəsindən danışdı. Bildirdi ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etməklə xalqımızın uzun illərdir yaşatdığı istiqlal ideyasını reallaşdırdı. Azərbaycan Xalq Cümhuriyyətinin təməlləri üzərində 1991-ci ildə yenidən müstəqil Azərbaycan dövləti yarandı. Rektor onu da vurğuladı ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Müstəqilliyi elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başladı, müstəqilliyin ilk illərində xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi.Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, seperatçılar hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Bir sözlə Azərbaycanın suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə, Azərbaycanın müstəqilliyi, əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır. Bu gün böyük şəxsiyyətin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyimiz daha da möhkəmləndi, ölkəmiz böyük inkişaf yolu keçdi.
Konfransda Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosentləri Bəhram Məmmədli “Azərbaycan Respublikasını dövlət müstəqilliyinə aparan tarixi yol və müstəqilliyin bərpası”, Elmar Xəlilov “AXC –Müsavat hakimiyyəti və Azərbaycan torpaqlarının işğalı”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “Heydər Əliyev və müstəqil Azərbaycan Respublikasında dövlət quruculuğu məsələləri”, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının dosenti Əminə Həsənova “2003-2018-ci illər Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmləndirilməsində yeni mərhələdir”, həmin kafedranın müəllimi Günel Adıgözəlova “Müstəqil Azərbaycan Respublikasında elmin, təhsilin və mədəniyyətin inkişafı” mövzularında məruzələrlə çıxış etdilər. Natiqlər 27 il əvvəl Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin tarixi əhəmiyytəindən, həmçinin müstəqil Azərbaycan Respublikasının keçdiyi şərəfli yoldan, ulu öndər Heydər Əliyevin və onun siyasi davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün istiqamətlərində, o cümlədən elm sahəsində qazanılan uğurlardan, ölkəmizin inkişafı istiqamətində görülən işlərdən bəhs etdilər.Qeyd etdilər ki, Ulu Öndərin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi və dönməzliyi təmin edildi, respublikamız yeni inkişaf dövrünə qədəm qoydu.
Qeyd edək ki, universitetin bütün fakültələrində Müstəqillik gününə həsr olunmuş tədbirlər təşkil olundu.

SDU-nun Mətbuat Xidməti