Diaqnostik qiymətləndirmədə təxminən üç minə yaxın psixoloqun iştirakını arzu edərdik.
Bunu jurnalistlərə müsahibəsində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
“Orta məktəblərdə psixoloqların diaqnostik qiymətləndirilməsi dekabrın sonunadək keçiriləcək. Amma qeydiyyat artıq bitmək üzrədir. Qeyd edim ki, bizim ölkə üzrə 800 nəfər əlavə vakansiyaya ehtiyacımız var. Ümumi sistemdə iki mindən çox psixoloq fəaliyyət göstərir. Hazırkı diaqnostik qiymətləndirmə psixoloqların peşəkarlıq səviyyəsini, eyni zamanda, sahə üzrə ixtisas biliklərini müəyyənləşdirmək məqsədilə keçirilir. Diaqnostik qiymətləndirmədən sonra psixoloqların əməkhaqlarının artırılması müzakirə olunan vacib məsələlərdən olacaq”, - deyə nazir müavini bildirib.
Tehsil-press.az