Paytaxt üzrə 5 məktəbdə peşə təmayüllü siniflər yaradılıb

Paytaxt üzrə 5 məktəbdə peşə təmayüllü siniflər yaradılıb Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 5 ümumi təhsil müəssisəsində - 117, 120, 234, 274, 293 nömrəli tam orta məktəblərdə peşə təmayüllü siniflər yaradılıb.
Peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etmək, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.
Xatırladaq ki, 2019-2020-ci tədris ili üçün pilot olaraq Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki, Qusar, Şəmkir və Sabirabadda yerləşən 20 ümumi təhsil müəssisəsində şagirdlərin peşə seçimi və əmək fəaliyyətinə hazırlanması istiqamətində peşə təmayüllü siniflər təşkil edilib. Bu siniflərdə ümumilikdə 420 şagird təhsil alır.

Tehsil-press.az

Oxşar xəbərlər