Birinci siniflər üçün qiymətləndirmə tapşırıqları vəsaitləri hazırlanır

Birinci siniflər üçün qiymətləndirmə tapşırıqları vəsaitləri hazırlanır Hazırda Azərbaycan dili və riyaziyyat fənlərinə dair “1-ci siniflər üçün qiymətləndirmə tapşırıqları” vəsaitlərinin üzərində iş gedir. Vəsaitlər hazır olduqdan sonra çap ediləcək və şagirdlərin istifadəsinə veriləcək. Bu barədə Tehsil-press.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, vəsaitlərə daxil edilən tapşırıqların hər biri Təhsil Nazirliyinin ibtidai siniflərdə istifadə üçün təsdiqlədiyi mövcud dərsliklər əsasında hazırlanıb və şagirdlərin idrakyömümlü, məntiqi, nəzəri bilik və bacarıqlarını yoxlamağa imkan verir. Bu tapşırıqlarla tədris prosesində diaqnostik, formativ, summativ qiymətləndirmə aparmaq mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər