BDU və “British Council” arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

BDU və “British Council” arasında əməkdaşlıq əlaqələri müzakirə olunub Bakı Dövlət Universitetində (BDU) “British Council” təşkilatının nümayəndələri ilə görüş keçirilib.
Görüşdə rektor Elçin Babayev BDU-nun fəaliyyəti, burada aparılan təhsil və tədris prosesi haqqında ətraflı məlumat verib. Universitetin beynəlxalq əlaqələrindən, dünyanın müxtəlif təhsil və elm ocaqları ilə birlikdə qrant və proqramlar üzərində işlədiyindən danışan rektor qarşılıqlı mübadilələrin həyata keçiriləcəyindən məmnunluq ifadə edib.
“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Frensis Qardener-Trexo təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələr və onların uğurlu nəticələrindən bəhs edib, iki qurum arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq bu əlaqələrin inkişaf perspektivlərini diqqətə çatdırıb.
Sonra ikitərəfli əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər