Rektor: Memarlıq və İnşaat Universiteti ilə “British Council” təşkilatı arasında əməkdaşlıq hər zaman yüksək səviyyədə olub

Rektor: Memarlıq və İnşaat Universiteti ilə “British Council” təşkilatı arasında əməkdaşlıq hər zaman yüksək səviyyədə olub Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMIU) rektoru, professor Gülçöhrə Məmmədova “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Samr Şah ilə görüşüb.
Görüşdə “British Council” təşkilatı ilə AzMİU arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyi, birgə uğurlu layihələr həyata keçirildiyi qeyd olunub. Rektor Gülçöhrə Məmmədova “Creative Spark” layihəsi çərçivəsində gerçəkləşən layihələrdən, Böyük Britaniyanın Lester Universitetinin AzMİU-nun müəllimləri üçün təşkil etdiyi dil kurslarlndan və digər məsələlərdən söz açıb.
Yeni təyinatı ilə əlaqədar yaxın günlərdə ölkəmizi tərk edəcək Samr Şah Azərbaycanda çalışdığı illərdə AzMİU ilə uğurlu əməkdaşlıqdan söz açıb. O, mövcud əlaqələrin, səmərəli əməkdaşlığın növbəti illərdə də uğurla davam etdiriləcəyinə əminliyini bildirib, rektora və onun komandasına uğurlar arzulayıb.
Görüşdə “British Council” ilə universitet arasında bundan sonrakı əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər