Azərbaycan Dillər Universitetində (ADU) “Özbək dili günü”nə həsr olunmuş “Ana dilim qürurum, fəxrim” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
ADU-nun rektoru akademik, Xalq yazıçısı Kamal Abdulla konfrans iştirakçılarına “Özbək dili günü” ilə əlaqədar təbriklərini çatdırıb: “Qardaş Özbəkistan xalqı ilə bizim tarixi bağlılığımız həyat fəaliyyətinin bütün sahələrində özünü göstərir. Min illərdir bir coğrafiyada həm milli, həm mədəni, həm də dini ortaq cəhətlərimizlə bir-birimizə nə qədər doğma və yaxın xalqlar olduğumuzu göstərə bilmişik. Həmçinin ədəbi və mədəni əlaqələrimiz bu gün də uğurla davam etməkdədir. Özbək dili qədim türk dillərindən biridir. Biz demək olar ki, xalq olaraq bir-birimizi rahat şəkildə başa düşür, bir-birimizin fikirlərini rahatlıqla qarşı tərəfə çatdıra bilirik. Bu, bir daha onu göstərir ki, biz bir kökə, bir dilə və bir dinə mənsub xalqlarıq. Özbək dili ilə bağlı Azərbaycanda bir çox tədqiqat işləri aparılır. Gələcəkdə istərdik ki, özbək dili ilə bağlı Azərbaycan Dillər Universitetində də bir mərkəz fəaliyyətə başlasın. Həmçinin Özbəkistanda da Azərbaycan dili ilə bağlı bir mərkəz yaradılsın. Bu, bizim qarşılıqlı əlaqələrimizin bundan sonra da uğurla inkişaf etdirilməsində müstəsna əhəmiyyət kəsb etmiş olar”.
Özbəkistan Respublikasının Azərbaycandakı səfiri Bahrom Aşrafxanov konfrans təşkilatçılarına minnətdarlığını bildirib. Səfir qeyd edib ki, özbək dilinin inkişafına dair islahatlar daim ölkəsinin diqqətindədir: “Həmçinin dost və qardaş Azərbaycanda da özbək dili ilə bağlı mühüm işlər görülməkdədir. Bu işlər nəticəsində əlaqələrimiz möhkəmlənir və davamlı xarakter almağa başlayır. Beləliklə, hər iki tərəf arasında həm elmi, həm mədəni, həm də ədəbi əlaqələr yeni inkişaf xətti üzrə şaxələnməyə başlayır”.
Milli Məclisin Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin rəhbəri, Azərbaycan-Özbəkistan Parlamentlərarası Əlaqələr İşçi Qrupunun rəhbəri Eldar İbrahimov çıxışında deyib: “Bu gün tarixi bir gündür. Azərbaycan-Özbəkistan xalqlarının qardaşlığı, dostluğu yüksələn xətt üzrə inkişaf edir. Bu da bizi sevindirir. Ortaq dil məsələsi müasir dünyada bizim qarşımızda duran əsas məsələlərdən biri hesab olunur. Çalışmaq lazımdır ki, türk xalqlarının birgə istifadə edə biləcəyi ortaq dil ilə bağlı yekdil qərara gələk. Bu, həm tarixi, həm müasir dövr üçün böyük əhəmiyyət kəsb edir”.
Daha sonra konfrans məruzələrlə davam edib. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru, nəvaişünas alim Almaz Ülvi, dosent, filologiya üzrə fəlsəfə doktoru Akif Azalp, BDU-nun professoru Ramiz Əsgər, AMEA-nın alimi, Azərbaycanın Özbəkistandakı mədəniyyət mərkəzinin nümayəndəsi Kərim Məmmədzadə, Bakı Musiqi Akademiyasının professoru, əruzşünas alim Tərlan Quliyev məruzələrlə çıxış ediblər.
Tədbirdə ADU-nun tələbələri özbək dilində şeir səsləndiriblər.
Konfrans Özbəkistan Respublikasının vətəndaşı, filoloq Şahəstə Kamranlının “Özbək dili günü”nə həsr olunmuş “Şöhrətin uca olsun, Ana dilim” videosunun nümayişi ilə başa çatıb.
Tehsil-press.az