Ədəbiyyat İnstitutunda böyük özbək mütəfəkkiri Zahirəddin Məhəmməd Baburun 535 illiyi qeyd olunub

Ədəbiyyat İnstitutunda böyük özbək mütəfəkkiri Zahirəddin Məhəmməd Baburun 535 illiyi qeyd olunub Aprelin 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Özbəkistanın ölkəmizdəki səfirliyi ilə birlikdə böyük özbək mütəfəkkiri, görkəmli dövlət xadimi, ensiklopedik alim və şair Zahirəddin Məhəmməd Baburun anadan olmasının 535 illiyi münasibətilə beynəlxalq elmi konfrans keçirib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Zahirəddin Məhəmməd Baburun görkəmli dövlət xadimi kimi fəaliyyətindən, bədii irsindən danışıb. O bildirib ki, Şah İsmayıl Xətai və Zahirəddin Məhəmməd Babur Şərqdə böyük dövlətçilik ənənəsinin mövcud olduğunu isbat edən qüdrətli şəxsiyyətlər olublar.
Konfransda Özbəkistanın ölkəmizdəki səfiri Şerzod Fayziyev, Milli Məclisin aqrar komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov Zahirəddin Məhəmməd Baburun zəngin dövlətçilik fəaliyyətindən, şair kimi yaradıcılığından bəhs ediblər.
Sonra "Özbəkistanda Zahirəddin Babur yaradıcılığının öyrənilməsi", "Zahirəddin Baburun lirikası:dövlətçilik və şeiriyyət" və digər mövzularda məruzələr dinlənilib.

Hikmət Əliyev

Oxşar xəbərlər