I kurs tələbələri arasında voleybol üzrə seçmə yarışlara start verilib

I kurs tələbələri arasında voleybol üzrə seçmə yarışlara start verilib Naxçıvan Dövlət Universitetinin I kurs tələbələri arasında voleybol üzrə seçmə yarışlara start verilib.
Universitetin rektoru Elbrus İsayev dövlət-gənclər siyasətinin əsasını təşkil edən idmanın inkişafı istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, universitetin idman sahəsindəki uğurları sırasına hər il yeniləri əlavə edilir. Mütəmadi olaraq idmanın bir çox növü üzrə ali təhsil ocağında kütləvi yarışlar keçirilir və universitet tələbələri uğur qazanır. Rektor həmçinin, tələbələrin beynəlxalq yarışlarda ali təhsil ocağının adını yüksək tutaraq muxtar respublikanı layiqincə təmsil etdiklərini diqqətə çatdırıb və komandalara uğurlar arzulayıb.
İdman klubunun sədri Məmmədəli Rəhimov universitetdə idmanın 15 növü üzrə həftədə 3 dəfə məşğələlərin keçirildiyini bildirib. Universitetdə təhsil alan hər bir tələbənin idman klubunda iştirak edə biləcəyini diqqətə çatdıran M.Rəhimov yarışın qaydaları haqqında məlumat verib.
Məşqçilik ixtisası üzrə II kurs tələbəsi Abbas Məmmədov idman sahəsində qazandığı nailiyyətlərdən danışaraq bildirib ki, bir çox beynəlxalq yarışlarda iştirak edərək birincilik əldə edib.
Daha sonra voleybol yarışına start verilib. Yarışda hər fakültədən bir komanda olmaqla, ümumilikdə 10 komanda iştirak edib. 1/4 finala vəsiqə qazanan komandalar arasında pedoqoji fakültə qalib olub. Memarlıq və mühəndislik fakültəsi II, beynəlxalq münasibətlər və hüquq fakültəsi isə III yerdə qərarlaşıb.
Qeyd edək ki, digər idman növləri üzrə seçmə yarışlar bundan sonra qrafikə uyğun olaraq davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər