XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasiminə 6750 bilet satılıb - Nazir

XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasiminə 6750 bilet satılıb - Nazir Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasiminə 6750 bilet satılıb.
Bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir qeyd edib ki, açılış mərasimi üçün biletlər tamamilə satılıb. A.Rəhimov qeyd edib ki, yarışa maraq böyükdür. Onun sözlərinə görə, hətta bəzi arenalarda otaracaqların sayı bilet istəyənlərin sayından azdır.
Nazir vurğulayıb ki, bəzi yarışlar üçün biletlərin 60 faizi, bəziləri üçün isə 50 faizi satılıb. İdmançıların xərclərinin ödənilməsinə gəlincə isə, A.Rəhimov qeyd edib ki, xaricdən gələn hər bir idmançı 90 avro ödəyir: "O pula gündə 3 dəfə yemək daxildir. Nəqliyyat məsələlərini də iştirak edən ölkə özü həll edir".
Nazir əlavə edib ki, digər ölkələrlə müqayisədə Azərbaycanda bu yarışların keçirilməsi üçün nəzərdə tutulan büdcə daha azdır.
Qeyd edək ki, bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.
Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.
Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək.
XV Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.

Tehsil-press.az

Oxşar xəbərlər