Mingəçevir Dövlət Universitetində (MDU) Energetiklər Gününə və Azərbaycan İstilik Elektrik Stansiyasının 40 illiyinə həsr edilmiş elmi-praktiki konfrans keçirilib.
Konfransda “Azərbaycan İES” MMC-nin rəhbər və mütəxəssisləri, MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.
MDU-nun rektoru Şahin Bayramov peşə bayramı və yubiley münasibətilə “Azərbaycan İES” MMC-nin kollektiv üzvlərini, universitetdə energetika sahəsində təhsil alan tələbələri və təhsil verən müəllimləri, eləcə də məzun energetikləri təbrik edib, şərəfli fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Sovet dönəmində və müstəqillik illərində Ümummilli lider Heydər Əliyevin energetika sahəsinin inkişafına verdiyi misilsiz töhfələrdən bəhs edən rektor düz 40 il bundan əvvəl Ulu öndərin təşəbbüsü və rəhbərliyi sayəsində Azərbaycan İES-in birinci enerji blokunun istifadəyə verilməsi ilə ölkəmizin energetika tarixində yeni mərhələnin əsasının qoyulduğunu bildirib.
Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti nəticəsində enerji sisteminin müasir tələblər səviyyəsində yenidən qurulduğunu və enerji təhlükəsizliyinin tam təmin edildiyini vurğulayan Ş.Bayramov dövlət başçısının müvafiq sərəncamı ilə ölkəmizdə energetiklərin peşə bayramının təsis edilməsini bu sahədə çalışan insanların fədakar əməyinə verilən böyük dəyərin ifadəsi olduğunu söyləyib.
Qeyd edilib ki, Azərbaycan energetikləri yüksək əzmkarlıq və peşəkarlıqları ilə işğaldan azad edilmiş bütün rayonların sürətlə dirçəldilməsi, dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi sahəsində aparılan genişmiqyaslı işlərə əhəmiyyətli töhfələr verirlər.
“Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov belə bir əlamətdar gündə MDU-nun tələbə və müəllim kollektivi üzvləri ilə bir arada olmaqdan məmnunluğunu ifadə edib və göstərilən diqqətə görə univeritet rəhbərliyinə təşəkkür edib.
“Azərbaycan İstilik Elektrik Stansiyası Ulu öndər Heydər Əliyevin şah əsəridir” məruzəsi ilə çıxış edən T.Hüseynov dahi liderin təşəbbüsü və dəstəyi ilə tikintisinə başlanılan Azərbaycan İES-in yaranmasından, fəaliyyət tarixindən və respublikanın elektrik enerjisinə olan təlabatının ödənilməsindəki rolundan bəhs edib. Dövlət başçısının müvafiq tapşırıqları əsasında İES-in müasir tələblərə uyğun yenidən qurulmasından sonra hazırda stansiyanın gücünün əhəmiyyətli dərəcədə artdığı, etibarlılığı, təhlükəsizliyi və səmərəliliyinin təmin olunduğu bildirilib.
İstehsalatda tətbiq edilən müasir texnologiyalardan və mühəndis yanaşmalarından söhbət açan direktor bu sahədə müasir bilik və bacarıqlara sahib kadrlara böyük ehtiyac duyulduğunu vurğulayıb, bu baxımdan gələcəyin energetika mühəndislərini hazırlayan MDU ilə əməkdaşlığın önəmini diqqətə çatdırıb.
Sonda konfransdakı çıxışlar ətrafında müzakirələr aparılıb.
Tehsil-press.az