2020-ci il 13 iyul tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “14 iyul 1969-cu il: Tərəqqiyə aparan yolun başlandığı və qüdrətli Azərbaycan dövlətinin bünövrəsinin qoyulduğu gün” mövzusunda elmi konfrans keçirilib.
“Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunan konfransda MDU-nun professor-müəllim, inzibati-texniki heyət üzvləri, tələbə və magistrantları iştirak edirblər.
Tədbiri açan MDU-nun rektoru Şahin Bayramov ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixinin ölkəmizi tərəqqiyə aparan yolun başlandığı gün kimi xarakterizə edildiyini bildirib. Heydər Əliyev tərəfindən həyata keçirilən irimiqyaslı tədbirlərin qısa müddət ərzində Azərbaycanda sosial-iqtisadi inkişafın təmin olunmasına və ölkəmizin SSRİ-nin tərkibində olan respublikalar arasında sonuncu mövqelərdən öncül yerlərə yüksəlməsinə imkan verdiyi diqqətə çatdırılıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi həmin dövrdə ölkəmizdə iri sənaye müəssisələrinin yaradılmasını və çoxşaxəli iqtisadi potensialın formalaşdırılmasını vurğulayan rektor dahi şəxsiyyətin milli maraqlarımızın təmin olunması, tarixi adət-ənənələrimizin qorunması, Azərbaycan dilinin inkişafı, hərbi məktəblərin yaradılması, gənclərin qabaqcıl universitetlərə təhsil almağa göndərilməsi və digər istiqamətlərdəki müstəsna xidmətlərindən bəhs edib.
Heydər Əliyevin XX əsrin 70-80-ci illərdəki titanik fəaliyyətinin nəticələrinin müstəqil Azərbaycanın inkişafında və qüdrətlənməsində müstəsna rol oynadığını vurğulayan Ş.Bayramov Ulu Öndərin uzaqgörənliklə reallaşdırdığı addımların bəhrələrinin bu gün də aktual olduğunu bildirib. Rektor xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdiyini diqqətə çatdırıb. Heydər Əliyev siyasətinin və ideyalarının hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və yeni dövrün tələblərinə uyğun zənginləşdirildiyi xüsusi qeyd olunub.
Sonra konfransda məruzələr dinlənilib. MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova “Azərbaycan xalqının tarixi ideallarını gerçəkləşdirmiş Ümummilli Lider: 1969-cu ildən başlanan quruculuq səlnaməsi” mövzusunda, həmin kafedranın müəllimi Vüsalə Mövlayeva isə “Heydər Əliyevin irimiqyaslı fəaliyyətində və zəngin irsində Mingəçevir şəhərinə göstərilən diqqət və qayğı” mövzusunda məruzələrlə çıxış ediblər.
Tədbirdə yekun nitqi söyləyən Ş.Bayramov Ümummilli Liderin zəngin siyasi irsinin öyrənilməsi və dahi şəxsiyyətin Azərbaycanın hərtərəfli inkişafı istiqamətində həm sovet dönəmindəki, həm də müstəqillik dövründəki misilsiz xidmətlərinin tələbə gənclərə çatdırılması baxımından bu tipli elmi konfransların davamlı şəkildə keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Tehsil-press.az