Ukraynanın paytaxtı Kiyevdə “MDB ölkələrində İslam düşüncəsi: qloballaşma və lokallaşma” mövzusunda alimlərin IV forumu keçirilir.
Forumda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülər Qafqazlı, Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi Leyla Məlikova iştirak ediblər.
Azərbaycanlı şərqşünas alimlər forumda məruzə ediblər.
Gülər Qafqazlı “Çarizmin son dövrü və sovet dönəmində Azərbaycan müsəlman qadını” mövzusunda məruzəsində XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində Azərbaycan qadınının təhsilindən, onların evdə açdıqları məktəblərdən danışıb, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara səsvermə hüququnun verilməsi, qadın hüquqlarının tanınması məsələlərinə toxunub, sonda sovet dövründə müxtəlif sahələrdə fəaliyyət göstərən qadınlardan bəhs edib.
Leyla Məlikova isə “XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda İslam islahatçılığının əsas aspektləri” mövzusunda məruzə edib. O, məruzədə Azərbaycanda qeyd edilən dövrdə üç fərqli mərhələ yaşamış İslam islahatçılığının özəl xüsusiyyətlərindən danışıb. Məruzəçi mövzunu tarixi, dini-fəlsəfi, dövrün sosio-mədəni və siyasi şəraitləri kontekstində nəzərdən keçirib, Azərbaycanda İslam islahatçılığının təsəvvüf çərçivəsində potensialı, cədidizm və modernizm təmayülləri haqqında bəhs edib.
Tehsil-press.az