Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Dinşünaslıq kafedrasının müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov Rusiya Federasiyasının Tatarıstan Respublikası Kazan Federal Universitetinin təşkilatçılığı ilə keçirilən “Multikultural dünyada İslam” mövzusunda IX beynəlxalq forumda iştirak edib.
Forumda dosent Anar Qafarov “Din azadlığının Azərbaycan modeli” (“The Azerbaijani model of religious freedom”) mövzusunda məruzə ilə çıxış edib.
Anar Qafarov Azərbaycanda dövlət-din münasibətlərinin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə tənzimləndiyini, müxtəlif dini qurumların bu qanunlar çərçivəsində fəaliyyət göstərmələri üçün ölkədə tolerant və multikultural mühitin mövcud olduğunu nəzərə çatdırıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu din siyasətini uğurla davam etdirir.
O, Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin birgəyaşayış ənənəsinin dərin kökləri olduğunu vurğulayaraq, belə bir mühitin ölkənin mənəvi həyatının təşəkkül və inkişafında böyük rol oynadığını qeyd edib. Həmçinin Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti haqqında məlumat verib.
Qeyd edək ki, Kazan Federal Universiteti tərəfindən təşkil olunan “Multikultural dünyada İslam” mövzusunda beynəlxalq forum 2011-ci ildən keçirilir. Forumda İslamşünaslıq sahəsində aparıcı yerli və xarici alimlərin, müsəlman din xadimlərinin İslam tarixi və mədəniyyəti mövzusunda məruzələri dinlənilir.
Tədbirin əsas məqsədi elmi nailiyyətlər haqqında məlumat mübadiləsi aparmaq və bu sahədə çalışan mütəxəssisləri bir araya gətirməkdir.
Aİİ-nin Mətbuat Xidməti