Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılovun “Folklor və İslam: nəzəri-epik kontekst” kitabı nəşr olunub.
Nəşrdə folklorşünaslıq elminin daim aktual tədqiqat istiqamətlərindən biri olan “folklor və din” probleminin nəzəri əsasları (mif-din-folklor münasibətlərinin semantikası) araşdırılıb. Həmçinin “Oğuznamə” eposunda İslam dini ilə bağlı transformativ proseslər, doktrinal dəyişmələr və epoxal keçidlərin poesematikası, o cümlədən Azərbaycan epik janrlar sistemində islami ideyanın motivlənmə səviyyələri tədqiq olunub.
“Elm və təhsil” nəşriyyatında çap olunan kitabın redaktoru filologiya üzrə elmlər doktoru, professor Seyfəddin Rzasoy, rəyçiləri filologiya üzrə elmlər doktoru, professor Ramazan Qafarlı və ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazovdur.
Monoqrafiya mütəxəssislər üçün nəzərdə tutulub.
Tehsil-press.az