AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının giziri, Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadəyə məxsus əşyalar qorunur.
Eyni zamanda, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının ikinci kurs magistr tələbəsi Jalə Əliyeva tərəfindən hazırlanmış Xudayar Yusifzadənin büstü muzeyə hədiyyə edilib.
Xudayar Yusifzadə 1998-ci ildə Bərdə rayonunda anadan olub. 2016-2018-ci illərdə “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. Sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib və gizir hərbi rütbəsi alıb. X.Yusifzadə Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda, sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 22-də şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Tehsil-press.az