Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə şəhid Xudayar Yusifzadənin xatirəsinə həsr olunmuş “Qalib xalqın şanlı ordusu” adlı onlayn tədbir keçirib.
Tədbirdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Fakültənin dekan müavini Şahin Yusifli Vətən müharibəsində qazanılan parlaq qələbədən söz açıb, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməklə 30 illik Vətən həsrətinə son qoyulduğunu vurğulayıb.
Ş.Yusifli Vətən müharibəsi dövründə Bakı Dövlət Universiteti kollektivinin düşmənə qarşı informasiya cəbhəsində mübarizəsindən, habelə qazilərlə görüşlərin təşkilinin əhəmiyyətindən danışıb.
Tədbir Vətən müharibəsi qazilərinin çıxışları ilə davam edib. Baş leytenant Pərvin Abdullayev müharibə dövründə şəxsi heyətin əhval-ruhiyyəsindən, xalq və ordu həmrəyliyindən bəhs edib, xatirələrini bölüşüb.
Baş leytenant Kamil Musəvi Vətən müharibəsi dövründə xalqın ordu və ölkə rəhbərinin ətrafında bir yumruq kimi sıx birləşməsindən, Azərbaycan əsgərinin şücaət və qəhrəmanlığından söz açıb.
Sonra Şərqşünaslıq fakültəsinin baş müəllimi Aygün Aslan, dosent Bilqeyis Quliyeva, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov çıxış edərək qazilərin xalqımız qarşısında böyük xidmət göstərdiklərini vurğulayıblar.
Tehsil-press.az