Azərbaycan İlahiyyat İnstitutunun dosenti beynəlxalq simpoziumda çıxış edib

Azərbaycan İlahiyyat İnstitutunun dosenti beynəlxalq simpoziumda çıxış edib Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekanı dosent Elnurə Əzizova İstanbul Universitetinin təşkilatçılığı ilə “İslam elmlərinin təşəkkülü və formalaşmasında hicri ikinci əsrin yeri” mövzusunda keçirilən beynəlxalq simpoziumda onlayn formatda iştirak edib.
Tədbirdə E.Əzizovanın “Belə demişdir Əbu Mixnəf: məqtəlül-hüseynlərin məzmun və üslubuna təsiri baxımından ən məşhur ərəbcə məqtəli yenidən oxumaq” mövzusunda çıxışı dinlənilib.
Məruzəçi müsəlman xalqlarının yazılı mirasında mühüm yer tutan tarixi-ədəbi mətnlər kimi məqtəllərin ən məşhur ərəbcə nümunəsinin – VIII əsr (hicri II əsr) ərəb tarixçisi Əbu Mixnəfin “Məqtəlül-Hüseyn”in – daha sonrakı məqtəl əsərlərinə təsirindən bəhs edib. Əbu Mixnəfin məqtəlinin ərəbdilli və türkdilli məqtəllərə təsirini müqayisəli şəkildə təhlil edən dosent E.Əzizova məqtəllər nümunəsində tarixi əsərin tarixi-ədəbi əsərə çevrilmə prosesini nümunələrlə təqdim edib.

Tehsil-press.az


Oxşar xəbərlər