Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosenti onlayn beynəlxalq simpoziumda çıxış edib

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosenti onlayn beynəlxalq simpoziumda çıxış edib Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin beynəlxalq jurnalistika kafedrasının dosenti Təranə Mahmudova “Rəqəmsal dövrdə kommunikasiya” mövzusunda onlayn beynəlxalq simpoziumda iştirak edib.
Simpozium İzmir İqtisadiyyat Universitetinin təşəbbüsü ilə Türkiyənin Kommunikasiya Dərnəyi, Jurnalistika Fakültəsi Dekanları Şurasının birgə təşkilatçılığı ilə baş tutub.
Dosent Təranə Mahmudova simpoziumun plenar iclasında ingilis dilində “Azərbaycanda yeni media ənənəvi jurnalistikanın əsaslarına necə təsir edir: xəbərlərdə və media kontentlərində emosionallığın güclənməsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qloballaşma prosesinin və beynəlxalq kommunikasiyada görünən bir sıra meyillərin Azərbaycan mediasına, xüsusilə xəbərlərə təsiri barədə ətraflı məlumat verilib.
Çıxışın mətni simpozium materialları üçün nəzərdə tutulmuş topluda dərc olunub.

Tehsil-press.az

Oxşar xəbərlər