Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Dinşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Elnurə Əzizova Türk Dil Qurumunun təşkilatçılığı ilə Ankarada keçirilən Beynəlxalq Qutadqu Bilik Qurultayında iştirak edib.
Qurultayda “Qutadqu bilik və siyasətnamədə iş əxlaqı və peşələr” mövzusunda məruzə ilə çıxış edən dosent Elnurə Əzizova Qaraxanlılar Dövlətinin Saray naziri Yusif Balasaqunlunun və Səlcuqlular Dövlətinin vəziri Nizamülmülkün yazdığı siyasətnamələrin xüsusiyyətlərindən bəhs edib. O, hər iki əsər çərçivəsində ilk türk-İslam cəmiyyətlərində iş əxlaqının əsas prinsipləri, cəmiyyətdə peşələrə münasibət, sosial həyatda sənətkarların mövqeyi, fərdi-ictimai rifah və dünya-axirət tarazlığı nöqteyi-nəzərindən işləməyin əhəmiyyətinə dair yanaşmaları təqdim edib.
Xatırladaq ki, UNESKO-nun 2019-cu ili Yusif Balasaqunlunun “Qutadqu bilik” əsərinin yazılmasının 950-ci ildönümü elan etməsi ilə bağlı keçirilən Beynəlxalq Qutadqu Bilik Qurultayında dil, ədəbiyyat, tarix, mədəniyyət və digər mövzularda Türkiyə də daxil olmaqla 15 ölkədən 133 məruzə dinlənilib.

Aİİ-nin Mətbuat Xidməti