Belçika hökuməti koronavirusun yayılması ilə mübarizə tədbirlərini sərtləşdirib.
Bütün ölkədə restoranlar, əyləncə və idman obyektlərinə daxil olmaq üçün QR kodlar tətbiq edilib.
Bu barədə ölkənin baş naziri Aleksander De Kroo Koronavirusla (COVİD-19) mübarizə üzrə federal Koordinasiya komitəsinin növbədənkənar iclasından sonra bildirib. O, ölkədə yoluxmaların sayında kəskin artım müşahidə olunduğunu söyləyib və son bir həftə ərzində onların sayının 70% artdığını vurğulayıb. Baş nazirin sözlərinə görə, qeydə alınan yeni yoluxmaların orta gündəlik sayı 5,3 min nəfərdir.
"Peyvəndləmə olmasaydı, xəstəxanalarımızda vəziyyət acınacaqlı olardı. Bu şəraitdə federal səviyyədə antikovid tədbirlərini gücləndirmək lazımdır", - deyə baş nazir bildirib.
Pandemiya ilə mübarizə çərçivəsində əsas yeni tədbir əvvəllər yalnız Brüssel federal bölgəsində tətbiq edilən QR kodlarının bütün ölkə ərazisində tətbiq edilməsindən ibarətdir.
Hazırda Brüsseldə əhalinin peyvəndlənmə göstəricisi ölkədə ən aşağı səviyyədədir, burada yetkin əhalinin 67%-i tam peyvənd olunub.
Tehsil-press.az