Daha bir ölkədə fövqəladə vəziyyət rejimi uzadıldı

Daha bir ölkədə fövqəladə vəziyyət rejimi uzadıldı Venesuela Prezidenti Nikolas Maduro koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejimini bir ay müddətinə uzadıb.
Maduro qərarını Karakasda çıxış edərkən açıqlayıb. Onun çıxışı dövlət televiziyası ilə yayımlanıb.
Venesuela liderinin sözlərinə görə, bu tədbir “əhalinin qorunmasına” yönəlib.
Qeyd edək ki, martın 17-dən bütün ölkədə karantin rejimi tətbiq olunur. Mayın 12-dək 423 yoluxma, 10 ölüm halı qeydə alınıb.

Tehsil-press.az

Oxşar xəbərlər