İspaniyada koronavirusa yoluxmaların artım tempi azalıb

İspaniyada koronavirusa yoluxmaların artım tempi azalıb İspaniya hökuməti koronavirusa yoluxanların və ölüm hallarının artım tempinin yavaşladığını bildirib.
Bu barədə İspaniyanın Səhiyyə naziri Salvador İlya açıqlama verib:
“Üç həftə əvvəl yoluxmaların sayında hər gün 22%-lik artım müşahidə olunurdu. Bu rəqəm bir həftə əvvəl 10%-ə, bu gün isə 5%-ə qədər azalıb. Belə qənaətə gələ bilərik ki, epidemiyanın yayılma tempi tədricən azalır”.
Qeyd edək ki, İspaniyada koronavirusa yoluxanların sayı 131,646-ya çatıb, 12,641 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.

Tehsil-press.az

Oxşar xəbərlər