Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko İttifaq dövlətinin inteqrasiya fərmanını imzalayıblar.
Onlar həmçinin Hərbi doktrina da qəbul ediblər.
“Görürəm ki, Putin imzaladı, mən də imzalayacam” deyə Lukaşenko onlayn iclas zamanı deyib. Onlar miqrasiya siyasəti ilə də bağlı konsepsiyanı qəbul ediblər.
Xatırladaq ki, Rusiya və Belarus 1999-cu il dekabrın 8-də İttifaq dövlətinin yaradılması haqqında saziş imzalayıb. Sənədin 20-ci ildönümünə kimi sənaye yol xəritələrinin hazırlanması üçün işçi qrup yaradılıb. Sonra Moskva və Minsk onları inteqrasiya üzrə ittifaq proqramlarına çeviriblər. Onların əksəriyyəti 2025-ci, bəziləri isə 2027-ci ilə qədər nəzərdə tutulub. Həm Moskva, həm də Minsk dəfələrlə vurğulayıblar ki, birlik proqramlarında suverenliyin itirilməsi ilə bağlı siyasi məsələlər yoxdur.
Tehsil-press.az