Lukaşenko Polşaya getməkdən imtina etdi – Putinə görə

Lukaşenko Polşaya getməkdən imtina etdi – Putinə görə Belarus Prezidenti Aleksandr Lukaşenko İkinci Dünya müharibəsinin başlanılmasından 80 il ötməsi münasibəti ilə Polşada keçiriləcək tədbirə qatılmayacaq.
Buna səbəb həmin tədbirə Rusiya Prezidenti Vladimir Putinin dəvət almamasıdır. Bununla Lukaşenko Putinlə həmrəylini göstərib.
Prezidentin yerinə tədbirdə Belarusun Polşadakı fövqəladə və səlahiyyətli səfiri iştirak edəcək.
Lukaşenko administrasiyasında Polşa hakimiyyətinə dəvətə görə təşəkkür edərək, sözügedən məlumatı şərh etməkdən imtina ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər