XVI Beynəlxalq Strateji İdarəetmə konfransının bölmə iclasları yekunlaşıb

XVI Beynəlxalq Strateji İdarəetmə konfransının bölmə iclasları yekunlaşıb Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “5.0 Cəmiyyətlərdə strateji, sosial və iqtisadi çağırışlar” mövzusuna həsr olunmuş XVI Beynəlxalq Strateji İdarəetmə konfransının bölmə iclasları keçirilib.
Türkiyənin əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini professor Lütfihak Alpkanın sədrliyi ilə keçirilən bölmə iclası “Təchizat zəncirinin idarə edilməsi və logistika” mövzusunda olub. İclasda Türkiyə və Polşada logistik performansın müqayisəsi, qlobal logistika sistemlərində blokçeyn texnologiyasının tətbiqi, təşkilati ekologiya və liderlik kontekstində korporativ idarəetmə, lokal bazarların yerləşdirilməsinin cəlbediciliyinin qiymətləndirilməsi metodu barədə xarici alimlər tərəfindən məruzələr dinlənilib.
Türkiyəli alim Zafer Acarın apardığı bölmə iclası isə “İnsan resursları və keyfiyyətin idarəedilməsi” mövzusunda olub. İclasda “Akademikləri həvəsləndirən amillərin müəyyən edilməsi: müxtəlif tədqiqat metodları”, “Keyfiyyət idarəetmə sistemlərinin iqtisadi səmərəliliyinin əsaslandırılması”, “Ali təhsil müəssisələrində korporativ brend quruculuğu: Azərbaycanda fəaliyyət göstərən publik universitetlər nümunəsində” mövzularında çıxışlar edilib.
Növbəti bölmə iclası UNEC-in prorektoru professor Sakit Yaqubovun sədrliyi ilə “Biznes sektoru sahəsində strateji təhlil” mövzusunda olub.
Bölmə iclasları UNEC-in rəsmi feysbuk səhifəsindən canlı yayımlanıb.

Tehsil-press.az


Oxşar xəbərlər