Azərbaycan Respublikası Milli Məclisinin, Yeni Azərbaycan Partiyasının və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə görkəmli dövlət xadimi, Əməkdar hüquqşünas, professor Murtuz Ələsgərovun anadan olmasının 90 illik yubileyi münasibətilə BDU-da “Azərbaycanda hüquq elminin müasir inkişaf istiqamətləri və tendensiyaları” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfrans bölmə iclasları ilə işini davam etdirib.
“Beynəlxalq hüquq”, “Konstitusiya hüququ, nəzəriyyə, informasiya hüququ”, “İnsan hüquqları”, “Cinayət hüququ, cinayət prosesi və kriminalistika” və “Mülki hüquq, mülki proses, əmək hüququ” mövzularında keçirilən bölmə iclaslarında, ümumilikdə, 105 məruzə dinlənilib.
İclaslarda Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan və digər ölkələrdən alimlər məruzələrlə çıxış ediblər.
Yerli və xarici alimlər çıxışlarında görkəmli professor Murtuz Ələsgərovun hüquq elminin inkişafında böyük xidmətlərindən danışıblar.
Beynəlxalq konfrans oktyabrın 3-də başa çatıb.
Tehsil-press.az