Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “5.0 Cəmiyyətlərdə strateji, sosial və iqtisadi çağırışlar” mövzusunda XVI beynəlxalq strateji idarəetmə konfransı işə başlayıb.
UNEC, İstanbul Texniki Universiteti, Gebze Texniki Universiteti, Yıldız Texniki Universitetinin birgə əməkdaşlığı və Beynəlxalq Texniki Strateji İdarəetmə, İdarəçilər Dərnəyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda dünyanın müxtəlif ölkələrinin elm və təhsil sahəsi üzrə nümayəndələri, aparıcı universitetlərin rektorları, tanınmış alimləri iştirak ediblər.
Konfransın açılışında Türkiyənin Bilkent Universitetinin professoru Tanses Gürsoy tədbirin Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib. Professor beynəlxalq konfransın şəbəkəsinin ildən-ilə genişləndiyini, dünyanın bir çox nüfuzlu jurnalları tərəfindən dəstəkləndiyini deyib.
Tədbirdə çıxış edən prorektor Sakit Yaqubov qlobal dünyanın texnologiyalar və sosial kommunikasiyalardakı böyük çağırışlarla üz-üzə dayandığını deyib. Qeyd edib ki, qloballaşma nəticəsində ölkələrdə maddi və virtual dünya arasında qarşılıqlı asılılıq daha da artıb, informasiya və biliklərin mübadiləsinin qlobal sistemi formalaşıb. Cəmiyyətlərin strateji, sosial və iqtisadi çağırışlarına uyğun olaraq rəqəmsal iqtisadiyyat önə çıxıb.
S.Yaqubov çıxışında UNEC-in elmi və beynəlxalq reytinqdə əldə etdiyi nailiyyətlərdən də danışıb.
Sonra Türkiyənin əmək və əhalinin sosial müdafiəsi naziri professor Lütfihak Alpkan çıxış edib. Konfransın aktual mövzuya həsr olunduğunu diqqətə çatdıran məruzəçi dünyanın müxtəlif ölkələrinin alim və mütəxəssislərinin apardığı müzakirələrdən əldə olunacaq nəticələrin konfransa böyük töhfələr verəcəyindən əminliyini ifadə edib.
Konfransın həmsədri, Gebze Universitetinin professoru Oya Erdil beynəlxalq tədbirə 15 ölkədən 63-ə yaxın məruzə təqdim olunduğunu, onlardan 33-nün təsdiqləndiyini deyib. Məruzələrin aktual mövzularda olduğunu vurğulayan professor O.Erdil konfransın müzakirə üçün önəmli platforma rolu oynadığını bildirib.
Tədbir Yıldız Texniki Universitetinin professoru, konfransın həmsədri Cemal Zehirin çıxışı ilə davam edib. Ölkələrin iqtisadi-sosial dayanıqlılığının təmin olunmasında innovasiyaların tətbiqinin zəruriliyindən danışan həmsədr Dördüncü Sənaye İnqilabı, kibertəhlükəsizlik, rəqəmsallaşma, süni intellekt və 5.0 konsepsiyasının mahiyyəti barədə məlumat verib. Professor Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbədən söz açaraq, bu şanlı Zəfərdən qürur duyduğunu ifadə edib, torpaqların azadlığı uğrunda şəhid olanlara Allahdan rəhmət diləyib.
Beynəlxalq konfransa Yaponiyadan qoşulan dünyanın tanınmış alimi, Tokio Texnologiya İnstitutunun professoru Çihiro Vatanabi sosial, iqtisadi və ekoloji problemlər üçün yeni idarəetmə perspektivi və davamlı inkişaf məqsədləri üçün maraqlı tərəflərin kapitallaşdırılmasından əldə olunan təcrübələr barədə təqdimatla çıxış edib. Alim risklərin transformasiyasının innovasiyalarla bağlılığını, risklərin idarəedilməsini, tədqiqat və inkişaf şirkətlərinin transformasiyalara təsirini, dayanıqlı inkişaf məqsədlərini təhlil edib. Həmçinin qlobal şirkətlərin nümunəsində risklərin brendin dəyərinə, eləcə də inkişaf dinamikasına, maliyyə strukturuna təsirini analiz edib.
Maraqla qarşılanan təqdimatdan sonra konfrans iştirakçılarının sualları cavablandırılıb.
Beynəlxalq konfrans oktyabrın 30-dək strateji idarəetmə, davamlılıq və sosial məsuliyyətlər, qeyri-hökumət təşkilatlarında, dövlət idarəçiliyində, xidmət sektorunda strateji idarəetmə, strateji nəzarət və audit, korporativ strategiya, logistika və təchizat zəncirinin idarəedilməsi və digər aktual mövzulara həsr olunan bölmə iclasları ilə davam edəcək.
Konfrans UNEC-in rəsmi feysbuk səhifəsindən canlı yayımlanıb.
Tehsil-press.az