Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Strateji inkişaf planlaşdırılmasının təkmilləşdirilməsi” mövzusunda virtual müzakirələr keçirilib.
Tədbirdə strateji inkişaf üzrə prorektor, professor Mirdaməd Sadıqov çıxış edib. O, dövlətin strateji inkişafında təhsilin rolundan bəhs edib, dünyanın bir çox inkişaf etmiş ölkələrinin bu istiqamətdə təcrübəsini paylaşıb. UNEC-də müasir təhsil texnologiyalarına əsaslanan bazanın, güclü elmi-pedaqoji potensialın olduğunu diqqətə çatdıran prorektor universitetdə fəaliyyət göstərən strukturların strateji inkişafının təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. O, ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın, eləcə də “UNEC-100” inkişaf strategiyasının bu istiqamətdə qarşıya qoyduğu vəzifə və məqsədlərdən danışıb.
Müzakirələrdə Zaqatala filialının direktoru, professor Orucəli Rzayev, universitetin nəzdində fəaliyyət göstərən İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Yadulla Həsənli, dekanlar, kafedra müdirləri və digər struktur bölmə rəhbərləri iştirak ediblər.
Tədbir iştirakçıları rəhbərlik etdikləri qurumların inkişaf strategiyalarının mövcud vəziyyəti barədə çıxış ediblər. Professor-müəllim heyətinin elmi-pedaqoji potensialının yüksəldilməsi, tədrisdə məzmun-keyfiyyət dəyişikliyinin artırılması, maddi-texniki bazanın müasir standartlara uyğun yenidən qurulması və təkmilləşdirilməsi, eləcə də elmi-tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsi, tələbə kontingentinin formalaşdırılması, beynəlxalq əlaqələr istiqamətində fəaliyyətin perspektiv inkişafı ilə bağlı təkliflər dinlənilib. Mövcud vəziyyət və strateji inkişaf planlarının əhəmiyyətliliyi nəzərə alınaraq, icra mexanizminin daha çevik işləməsi məqsədilə Strateji planlaşdırma və inkişaf şöbəsinin açılmasının zəruriliyi barədə fikir mübadiləsi aparılıb.
Tehsil-press.az