AzTU tələbələrinə bank işi üzrə təlim keçirilib

AzTU tələbələrinə bank işi üzrə təlim keçirilib “Bank Respublika” ASC-nin Təlim və inkişaf şöbəsinin müdiri Jalə Nəcəfova, İnsan resursları departamentinin direktoru Ayan Büniyatzadə Azərbaycan Texniki Universitetində (AzTU) “Ümumi bank işi” və “İnsan resurslarının idarə olunması” mövzularında təlim keçiriblər. Təlimdə İnformasiya və telekommunikasiya texnologiyaları, İqtisadiyyat və idarəetmə fakültələrinin tələbələri iştirak ediblər.
Görüşdə tələbələrə bank xidmətləri, rəqəmsal bankçılıq, informasiya texnologiyaları, həmçinin beynəlxalq şirkətlərdə işə qəbul zamanı tələb olunan bacarıqlar və onların inkişafı ilə bağlı vacib məlumatlar verilib.
Qeyd olunub ki, “Bank Respublika” ASC-nin əməkdaşlarının AzTU tələbələri üçün təlimləri davam etdiriləcək. Bundan başqa, təlimlərdə iştirak edən tələbələrin bu bankda təcrübə proqramı keçmələri üçün şərait yaradılacaq.

Tehsil-press.az



Oxşar xəbərlər