Texniki Universitetin tələbələri şirkətdə təqaüdlü təcrübə proqramlarına cəlb olunub

Texniki Universitetin tələbələri şirkətdə təqaüdlü təcrübə proqramlarına cəlb olunub Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti “Sumqayıt Texnologiya Data Mərkəzi” MMC-də mərkəzin direktoru Elvin Aslanovla görüşüb.
Görüşdə şirkətin işə qəbul üzrə müsahibə proqramını uğurla keçən ali təhsil ocağının informasiya və telekommunikasiya texnologiyaları fakültəsinin və “SABAH” qruplarının dördüncü kurs tələbələri də iştirak ediblər.
Mütəxəssislərin bilik və bacarıqlarını yüksək qiymətləndirdiyi tələbələr müəssisənin elektronika avadanlıqlarının təmiri, monitorinq, informasiya texnologiyaları və digər şöbələrində təqaüdlü təcrübə proqramlarına qəbul olunub.
Elvin Aslanov AzTU tələbələrinin nəzəri biliklərini yüksək qiymətləndirib. Bildirib ki, təqaüdlü təcrübə proqramını uğurla bitirən tələbələr mərkəzdə işlə təmin olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər