Azərbaycan Texniki Universitetinin (AzTU) müəllim və tələbələrinin iştirakı ilə “Qlobal maliyyə böhranının dünya ölkələri iqtisadiyyatına təsiri” və “Bank sistemində antiböhran idarəetmə” mövzularında onlayn mühazirə keçirilib.
Mühazirə Kiyev LNS Akademiyasının direktoru, “Big City Coaching” şirkətinin həmtəsisçisi, istehlak kreditləri üzrə mütəxəssis Ksenika Borisova və AzTU-nun İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı kafedrasının dosenti Sədaqət Əbdürrəhmanovanın moderatorluğu ilə reallaşdırılıb.
İki saat davam edən mühazirədə koronavirus pandemiyasının dünya ölkələri iqtisadiyyatına mənfi təsirləri, bu sahədə yaranacaq problemlər və həlli yolları, bank sistemində antiböhran tədbirləri ilə bağlı məlumat verilib.
Müəllim və tələbələrlə sual-cavab formatında davam edən mühazirə rus dilində keçirilib.
Tehsil-press.az