Azərbaycan Texniki Universitetində “Rəqəmsal təhsil texnologiyaları” mərkəzi yaradılacaq

Azərbaycan Texniki Universitetində “Rəqəmsal təhsil texnologiyaları” mərkəzi yaradılacaq Azərbaycan Texniki Universitetində (AzTU) “Rəqəmsal təhsil texnologiyaları” mərkəzi yaradılacaq. Bununla bağlı AzTU ilə Xarkov Milli Radioelektronika Universiteti arasında protokol imzalanıb. Sənədi AzTU-nun rektoru Vilayət Vəliyev və Xarkov Milli Radioelektronika Universitetinin rektoru, professor Valeri Semenes imzalayıblar.
Mərkəz rəqəmsal təhsil texnologiyaları sahəsində universitetin professor-müəllim heyətinin və tələbələrinin, həmçinin sənaye müəssisələrinin əməkdaşlarının müasir biliklərə yiyələnmələri istiqamətində fəaliyyət göstərəcək.

Tehsil-press.az


Oxşar xəbərlər