Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru iqtisad elmləri doktoru, professor Zahid Məmmədov, Elxan Vəliyev və Emin Veysovun həmmüəllifliyi ilə “Azərbaycanın bank sektoru: yeni çağırışlar və imkanlar” kitabı Kanadanın “Generis publishing” nəşriyyatında rus dilində çapdan çıxıb.
Kitabda Azərbaycanın milli bank sektorunun təşkilinin hüquqi əsasları və inkişafı, COVID-19 pandemiyasının ölkənin maliyyə sektoruna təsiri, Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyət xüsusiyyətləri və İslam bank sistemində yeni çağırışlar və inkişaf perspektivləri barədə ətraflı məlumat öz əksini tapıb. Eyni zamanda, nəşrdə ölkə iqtisadiyyatının qiymət və maliyyə sabitliyinin təmin edilməsində Mərkəzi Bankın pul siyasətinin təkmilləşdirilməsi, Azərbaycan bank sektorunun potensialının artırılması strategiyası və rəqəmsal transformasiyası, “nağdsız iqtisadiyyat”a keçid üçün qlobal çağırışlar haqında məlumatlar təqdim edilib.
Tehsil-press.az