Azərbaycan Memarlıq və İnşaat Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş videokonfrans keçirilib.
Konfransda nazirliklərin, AMEA-nın İqtisadiyyat İnstitutunun, ölkəmizin ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının aparıcı alimləri, mütəxəssisləri, doktorant və magistrləri 73 elmi məruzə ilə çıxış ediblər. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova elmi konfransı açaraq müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin yaratdığı iqtisadi modellərin həyata keçirilməsini təmin edən inkişaf strategiyalarının nəticələri və Prezident İlham Əliyev tərəfindən ölkə iqtisadiyyatının uğurla inkişafının davam etdirilməsi istiqamətində icra olunan dövlət proqramları, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” və sosial proqramlar haqqında geniş məruzə ilə çıxış edib.
Konfransın plenar iclasında iqtisadçı alimlər - Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadənin “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişaf strategiyası”, Nazirlər Kabineti Sənaye və energetika məsələləri şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Elşən Hacızadənin “Qlobal çağırışlar və milli enerji sektorunda inkişafın yeni hədəfləri”, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlının “Azərbaycan iqtisadiyyatının inkişaf modeli”, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanovun “İqtisadi inkişaf strategiyası seçiminə yanaşmalar haqqında” mövzusunda məruzələri dinlənilib.
Sonra konfrans işini 3 bölmədə davam etdirib. Professor Məhəbbət Məmmədov, dosentlər Asəf Ağayev və Ruhəngiz Əliyevanın rəhbərliyi ilə təqdim edilmiş məruzələr ətrafında çıxışlar olub və müzakirələr aparılıb.
Tehsil-press.az