İllər əvvəl “Çerkizov” bazarının keçmiş sahibi olan azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən döyüldüyü və oğurlandığı deyilən rusiyalı müğənni Avraam Russo biznesmenlə bağlı daha bir açıqlama verib.
O, biznesmenin Rusiya estradasının primadonnası, SSRİ Xalq artisti Alla Puqaçova ilə də qalmaqal yaşadığını deyib.
“Onlar arasında onun (T.İsmayılovun -red.) kabinetində konflikt yaşanmışdı. O, (A. Puqaçova -red.) nəsə deyirdi, Telman isə qapını bağladı, onu az qala qovacaqdı. İsmayılov özü ilə qürur duyurdu, bu hadisəni hamıya və həmişə danışırdı. Bu, onun əsas hekayəsi idi”, - Russo NTV-də yayımlanan “Sekret na million” verilişinin efirində danışıb.
Russo əlavə edib ki, fikir ayrılıqlarına baxmayaraq, artist və oliqarx, görünür, dil tapa bilib. Belə ki, Alla Borisovna milyonçunun təşkil etdiyi gecələrdə və ailə şənliklərində dəfələrlə çıxış etmişdi.
Tehsil-press.az