UNEC-də tədbir: Bərk məişət tullantılarının çeşidlənməsi və təkrar emalı

UNEC-də tədbir: Bərk məişət tullantılarının çeşidlənməsi və təkrar emalı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal iqtisadiyyat fakültəsi və UNEC Dizayn Məktəbinin təşkilatçılığı ilə “Bərk məişət tullantılarının çeşidlənməsi və təkrar emalı” mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə fakültənin dekanı dosent Elman Cəfərov bərk məişət tullantılarının idarə edilməsi sahəsində maarifləndirmə işinin gücləndirilməsi istiqamətində gənclər arasında tullantıların çeşidlənməsi ilə bağlı təbliğat işinin aparılmasının əhəmiyyətindən danışıb.
Sonra Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı kafedrasının baş müəllimi Afaq Hacıyeva “Bərk məişət tullantılarının çeşidlənməsi və təkrar emalı” mövzusunda təqdimatla çıxış edib. O, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə bərk məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması, tullantıların növləri, yığılması, daşınması, yerləşdirilməsi və respublikamızın ərazisində yaranmış, həmçinin zərərsizləşdirilmiş istehlak və istehsal tullantılarının məcmu və adambaşına düşən miqdarı barədə məlumat verib.
Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər